Добавить новость
103news.com
World News
Июль
2018

NATO: Gürcüstanın alyansa üzvlüyü Rusiyanın işi deyil

0
NATO-nun baş katibi Jens Stoltenberg Gürcüstanın şimal alyansına qoşulmaq niyyətini dəstəkləyərək deyib ki, Gürcüstan NATO-ya qoşulmaq qərarını özü qəbul etməlidir.


O əlavə edib ki, Rusiyanın bu məsələdə Tbilisi üzərinə təzyiq göstərməsi “tamamilə qeyri-məqbuldur”.


Stoltenberg iyulun 18-də Gürcüstanın yeni baş naziri Mamuka Bakhtadze ilə birgə mətbuat konfransında deyib: “Rusiyanın öz qonşularının nə etməli olduğuna qərar vermək haqqı yoxdur”.


“Gürcüstan suveren və müstəqil ölkədir və NATO-ya qoşulmaq da daxil, öz yolunu özünün müəyyən etməsinə haqqı var. Qonşunun qonşuya onun nəyi etməli olduğunu deməsi tamamilə yolverilməzdir, çünki belə bir hal böyük güclərin kiçik qonşuların nəyi edib, nəyi etməməsinə təsir göstərməsi kimi köhnə nüfuz dairələri prinsipinin bərpasına cəhddir”.


Bakhtadze deyib ki, “Gürcüstanın NATO-ya üzvlüyü heç kimə qarşı yönəlməyib və bu, regionu daha güclü, daha proqnozlaşdırılan, daha təhlükəsiz edir”.


Bundan əvvəl xəbər verilirdi ki, Gürcüstan prezidenti Giorgi Margvelashvili ölkəsinin NATO-ya mümkün üzvlüyü ilə bağlı rusiyalı həmkarının dediklərinə mənfi reaksiya verib. Rusiya prezidenti Vladimir Putin Fox News-a müsahibəsində deyib ki, Gürcüstanla Ukraynanın NATO-ya mümkün üzvlüyü “Rusiyanın təhlükəsizliyinə birbaşa hədədir”.


“Təəssüf ki, bunu çoxdan eşidirik. Bu, məndən ötrü qətiyyən xoş deyil, amma Rusiya prezidentinin oxşar mövqeyi də yenilik deyil”, – Margvelashvili iyulun 17-də jurnalistlərə deyib.


Gürcüstan prezidenti bir daha qeyd edib ki, ölkəsi “NATO-ya üzv olmaq seçimini dəyişməyəcək”. O, son Brüssel sammitində alyansın Gürcüstana güclü dəstək sərgilədiyini vurğulayıb. Margvelashvili deyib ki, “alyansın 29 üzvü Rusiyanı Gürcüstan ərazisindən hərbi hissələrini çıxarmağa çağırmaqla ona konkret mesaj göndəriblər”.


Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trump-la sammitdən sonra Fox News-a müsahibə verib. O, Ukraynanın Krım vilayətinin anneksiyasını “demokratiya” təzahürü adlandırıb. Bu mövqeyini Krımın 2014-cü ildə öz statusuna dair referendum keçirməsiylə əsaslandırıb.






Губернаторы России





Губернаторы России
103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media


103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости




Спорт в России и мире



Новости Крыма на Sevpoisk.ru



Частные объявления в Вашем городе, в Вашем регионе и в России