Добавить новость
103news.com
World News
Январь
2019

#MeToo zəmanəsində qadın kino tənqidçisi olmaq nə deməkdir

0
“Mən Harvey Weinstein-ə ittihamlar ilk dəfə üzə çıxanda hər şeyin …birdən-birə dəyişəcəyini gözləmirdim. Ancaq qadınlar dalbadal çıxıb ona qarşı danışanda, digərləri isə Hollivuddakı başqa kişiləri …ittiham edəndə mənə elə gəlməyə başladı ki, kino dünyasının oxu bir qədər tərpənib. Birdən-birə çox sayda insan kino sahəsində çalışan qadınların dediklərinə qulaq asmaq istəmişdi. Deyilənlərin çoxu dəhşətli olsa da, bu diqqət rahatlıq verirdi.


Ötən ilin həqiqəti söyləmə fırtınası qadınların gündəlik həyatda üzləşməli olduğu adi, çox da gözə dəyməyən seksizmə də diqqət çəkdi. O, çox yayğındır. O sizin evinizə və iş yerinizə sızır, sizin ani və ilk baxışdan ən adi seçimlərinizi formalaşdırır. Bu sizin sənət və əyləncə ilə bağlı seçimlərinizə də aiddir…” – The New York Times qəzetində dərc edilmiş məqalənin müəllifi Manohla Dargis yazır. 


SEKSİZMİ GÖRMƏMƏZLİYƏ VURMAQ


“Mən …çoxlu filmə baxıb rəy verdiyim üçün qəzəbin …yorucu olduğunu bilirəm. Çox şey ekranda və ondan kənarda baş verənlərdən asılı olsa da, bəzən sadəcə, axına düşmək adama daha asan gəlir. Bəzən mən filmin bayağı… seksizminin kefimi pozmasına imkan vermirəm. Beləliklə də, seksizmin bir hissəsinin üstündən keçərək və məni narahat edən şeyləri görməməzliyə vuraraq, özüm-özümlə məqsədyönlü və strateji sövdələşməyə girirəm. Bu nəticəyə gəlirəm ki, qadın surətlərin olmaması qəbul olunandır və elə də pis deyil, bəlkə hələ sözdə buna haqq da qazandırmaq olar. Mən rejissor işinin virtuozluğundan həzz almağa, kişi personajları, kamera işini, cəlbedici hekayəni…işıq həllini bəyənməyə davam edirəm.


Bəzən bu çətin olur, xüsusən də personaj qadınlar haqda …tikanlı replika işlədəndə, yaxud da kameranın fokusu qadına və yalnız onun bədəninə fokuslananda – rejissor kişidir, axı. “Ulduzun doğuluşu” (“A Star Is Born”) filmində dəyər verdiyim və sevdiyim şeylərdən biri rejissor və baş kişi rolunun ifaçısı Bradley Cooper-in həm tərəf-müqabili Lady Gaganın, həm də özünün bədəninə …eyni dərəcədə vaxt ayırmasıdır.







Digər kişi rejissorlar ya qadın tamaşaçıların olduğunu unudur, ya da bizim də baxdığımız onların vecinə deyil. Bəzən onların bu rahatlığı mənim diqqətimi hekayədən yayındırır. Adam McKay-in Dick Cheney haqda çəkdiyi “Vise” (“Vice”) filmi də belədir.


Filmdə McKay real Dick Cheney (Christian Bale) və onun xanımı Lynne-i (Amy Adams) müasir Lord və Ledi Maqbet kimi göstərib. …Buna görə də Adams sadəcə ərinə dəstək olan arvadı oynamır. 


Bu o demək deyil ki, mən seksizmi çox sezirəm. Mən seksizmi həmişə sezmişəm. Ancaq post-Weinstein dünyasında mən artıq təhqir və eyhamları, mənasız yerə, hırıldayaraq göstərilən çılpaq qadın bədənini əvvəllər bəzən etdiyim kimi görməyə bilmirəm. İllər öncə filmlərdə müəyyən qədər seksizmin olmasını qəbul etməyin filmləri sevməyin yeganə yolu olduğunu düşünmüşdüm. …Qəbul etmək, yaxud könülsüz də olsa, üstündən keçmək – müəyyən qədər itaət göstərmək – seksizm də belə işləyir. O, qadınların öz əsarətləri ilə barışmasından asılıdır.







Qadınların əsas qəhrəman olduğu filmlərin meynstrimə çevrilməsi çox gözəl olardı, ancaq buna çox da ümid etmirəm. Kişi və qadınların oynamasına imkan verilən rollara gəldikdə, kino sahəsinin fiskal mühafizəkarlığı cəsarətli və kreativ seçimlərə çox da üstünlük vermir. Disney studiyasi “girl power”i (qadın gücü) satmaqla gəlirlərini artırır. Ancaq səhnə arxasında qərar qəbul edən adamlar yenə də əsasən ağdərili kişilərdir. Disney studiyasının icraçı komandasındakı 15 nəfərdən yalnız 4-ü qadınlardır. Digər böyük studiyalarda da vəziyyət eynidir”, – yazıda deyilir.






Губернаторы России





Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media


103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости




Спорт в России и мире



Новости Крыма на Sevpoisk.ru




Частные объявления в Вашем городе, в Вашем регионе и в России