Rohani: 'İndi bizə belə qurumlar lazımdır'
Son bir ildə Tehranla Vaşinqtonun münasibətləri pisləşib. ABŞ Prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu elan edib.
Birləşmiş Ştatlar Tehrandan “təhdidlər”in gəldiyini desə də, İran iddianı rədd edir.
Rohani İraqla 1980-88-ci illər müharibəsini yada salıb, o zaman Ali Müharibə Şurası digər qurumlardan yan keçərək iqtisadiyyat, hərbi fəaliyyətlə bağlı qərarlar verirdi.
“Bizə indi belə qurumlar lazımdır”, – Rohani mayın 20-də deyib. Xəbəri rəsmi IRNA agentliyi yayıb.
Prezident Vaşinqtonla gərginliyin danışıqlar və diplomatiya yoluyla azaldılmasının tərəfdarı olduğunu deyib, ancaq indiki şərtlərlə deyil.
“Bugünkü vəziyyət danışıqlar üçün uyğun deyil və seçimimiz yalnız müqavimətdən ibarətdir”, – Rohani vurğulayıb.
