Dağlıq ərazilərə dolu düşə bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da mayın 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təxmin edilir.
