Добавить новость
103news.com
World News
Май
2019

Xüsusi prokuror deyir ki, Trump-a qarşı ittiham verə bilməzdi

0
ABŞ xüsusi prokuroru Robert Mueller deyib ki, prezident Donald Trump-a qarşı cinayət ittihamınınirəli sürülməsi onun təhqiqatı üçün “variantlardan biri deyildi”.


Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran təhqiqatı başa çatdırdıqdan sonra ilk dəfə bəyanat verən Mueller deyib ki, bunun nə üçün variantlardan biri olmadığı onun hesabatında izah olunub.


Bu izahatda deyilir ki, ABŞ Ədliyyə Nazirliyinin uzun müddətdir qüvvədə olan mövcud siyasətinə görə hakimiyyət müddətində olan prezidentə qarşı cinayət ittihamı irəli sürülə bilməz.


Mueller bunun qeyri-konstitusiya səciyyəsi daşıdığını söyləyib. O bildirib ki, belə bir ittihamların hətta ictimaiyyətdən məxfi saxlanılması da qadağan olunub.


Robert Mueller əlavə edib ki, xüsusi prokurorun ofisi də Ədliyyə Nazirliyinin nəzdindədir və nazirliyin qaydaları ona da şamil edilir:


“Məhz buna görə də hakimiyyətdə olan prezidentə qarşı cinayət ittihamının irəli sürülməsi bizim baxa biləcəyimiz bir variant deyildi”.


Lakin o bunu da bildirib ki, prezidentin federal cinayət törətmədiyinə dair əminlik olsaydı “biz bunu aydın şəkildə deyərdik”.


Bununla belə Mueller əlavə edib ki, “biz prezidentin cinayət törətdiyinə dair də qəti nəticəyə gəlməmişik”.







Mueller deyib ki, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair araşdırma belə bir müdaxilənin olduğunu tam isbata yetirib.


Mueller-in hesabatı habelə Trump-ın və onun komandasından olan başqalarının Mueller təhqiqatına maneçilik törədib-törətmədiyinə dair məsələyə də aydınlıq gətirir. Belə bir hal federal cinayət əməli sayılmalı idi.


Bu bəyanatı mayın 29-da Ədliyyə Nazirliyində verən Robert Mueller deyib ki, o əgər Konqres qarşısında ifadə verməyə çağırılsa belə, hesabatda olduğundan daha artığını deyə bilməz.


Robert Mueller eyni zamanda xüsusi prokurorluq şöbəsinin bağlandığını, özününsə Ədliyyə Nazirliyindən istefa verdiyini elan edib.


Lakin Mueller-in hesabatındakı əsas məsələlərə, habelə Trump-ın biznes və maliyyə fəaliyyətinə dair bir neçə Konqres komitəsində paralel təhqiqatlar davam edir.


Bu arada demokratlar arasında Trump-a qarşı impiçment dinləmələrinə başlanmasına çağırışlar getdikcə artır.






Губернаторы России





Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media


103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости




Спорт в России и мире



Новости Крыма на Sevpoisk.ru




Частные объявления в Вашем городе, в Вашем регионе и в России