Sneijder: Messi və Ronaldo kimi ola bilərdim, amma istəmədim
Niderland milli komandasının keçmiş futbolçusu, Inter`in heyətində Çempionlar Liqasının 2009/2010 mövsümünün qalibi, artıq futbolla vidalaşmış Wesley Sneijder müsahibəsində öz karyerası barədə danışıb. ONBİR Gianluca di Marzio`nun rəsmi saytına istinadən, onun sözlərini sitat gətirir:
“Messi və Ronaldo kimi ola bilərdim, amma istəmədim. Mən həyatdan həzz almağı seçdim, arada bir nahar öncəsi bir bokal şərab içməyi özümə icazə verirdim.
Leo və Cristiano isə tamamilə fərqlidirlər. Onlar karyeraları üçün çox şeyi qurban verdilər.
Uzun sözün qısası, heçnəyə görə peşman deyiləm. Mənim karyeram hər bir halda çox maraqlı alındı.”
