Manchester United`in seçimi kimdir?
Manchester United yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir. “Qırmızı Şeytanlar”-ın Bruno Fernandes alınana qədər əsas prioriteti hücumun arxasında oyun qurucu mövqeyi idi. Ancaq bu transfer artıq baş tutub. Sağ cinahda Jadon Sancho`nu transfer etməyi hədəfləyən United`in bu dəfə məqsədi yarımmüdafiədir. Klub Liecester City`dən James Maddison və Aston Villa`dan Jack Grealish arasında qalıb.
Ancaq İngiltərədə bu gün yayılan xəbərlərə əsasən Manchester United rəsmiləri artıq öz seçimlərini edib. Mətbuatda yazılanlara əsasən onların əsas hədəfi Jack Grealish`dir.
ONBİR ingilis nəşri TalkSport`a isitanədən xəbər verir ki, bu seçimdə əsas söz sahibi Ole Gunnar Solskjaer olub.
