Kross: Artıq mən də biraz ispanam
Real Madrid`in yarımmüdafiəçisi Toni Kross alman və ispan mədəniyyətlərinin fərqləri haqqında danışıb. ONBİR Sports.ru`ya istinad edərək Kross`un sözlərini sizə təqdim edir:
“İspanların gözündə qatı alman hesab edilirəm. Almaniyada isə məni biraz ispan kimi qiymətləndirirlər. İspanlar hər şeyə daha rahat yanaşırlar və onların yaşayış tərzi mənə də təsir edib.
Buna baxmayaraq, mən vaxt dəqiqliyinə çox önəm verirəm, halbuki İspaniyada bu, o qədər önəmli faktor deyil. İnsanlar görüşlərə 10 dəqiqə gecikə bilərlər və bu tamamilə normal qarşılanır.
Mən görüşlərə vaxtıdan 3 dəqiqə əvvəl gəlsəm, İspaniyada birinci oluram, halbuki Almaniyada ən axırıncı gəlmiş sayılıram.
Bundan əlavə ispanlar bir-birlərini qucaqlamağı və öpməyi sevirlər. Amma mən bunun tərəfdarı deyiləm. Bu xarakterim alman mentalitetinə sahib olmağımdan qaynaqlanır. Lakin bu o demək deyil ki, mən komanda yoldaşlarımı sevmirəm, sadəcə mən ekstrim fiziki təması tərcih etmirəm. “
