Daha bir futbolçu dünyasını dəyişdi
Moldovanın “Sheriff” komandasının üzvü həmçinin “Stoke City”nin sabiq müdafiəçisi olmuş 25 yaşlı Dionatan Teixeira dünyasını dəyişib. Onbir.az xəbər verir ki, Braziliyaya istirahət üçün yollanan Teixeira ürək tutmasından dünyasını dəyişib. Futbol dünyası bu xəbərdən sonra Teixeira`nın ailəsinə və yaxınlarına başsağlığı verib. 2017-ci ilin yanvarında Moldova təmsilçisi “Sheriff”ə transfer olunan Teixeira, bu mövsüm 10 görüşdə forma geyinmişdi.