Türkiyəli ifaçı Bakıda konsert proqramı ilə çıxış edib
0
Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Bakıda konsert proqramı ilə çıxış edib.
Konsertdə ifaçını Eyyub Əliyev və Toğrul Məmmədov müşayiət ediblər. Konsertdə opera sənətçisi Qara Qarayev, Tofiq Quliyev, eləcə də İohan Sebastyan Bax, Frans Şubert və digər bəstəkarların əsərləri səsləndirilib