2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
0
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 fevral 2018-ci il tarixli Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)