İtaliya çempionatı: “Milan”ın 11 oyunluq məğlubiyyətsiz seriyası davam edir
0
Martın 18-də futbol üzrə İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Milan” doğma meydanda “Kiyevo”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Milan” 11 oyundur ki, məğlub olmur