Мы в Telegram
Добавить новость
103news.com
World News in Azerbaijani
Март
2018

Azərbaycanda Olimpiya kompleksləri kimə və nəyə xidmət edir?

0
Azərbaycanda Olimpiya kompleksləri kimə və nəyə xidmət edir?

Azərbaycanda olimpiya Komplekslərinin sayı 40-a çatıb. Bu komplekslərin hər biri haqda Gənclər və İdman Nazirliyinin saytında ətraflı məlumat yerləşdirilib. Prezident İlham Əliyev martın 23-də belə komplekslərdən daha birinin - Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisinə 16.5 milyon manat vəsait ayrıb.

"OLİMPİYA KOMPLEKSLƏRİ HANSI MƏNSƏBƏ QULLUQ ELƏDİYİ BİLİNMİR"

İdman yazarı Coşqun Eldaroğlu sual edir ki, Azərbaycanda bu qədər olimpiya komplesklərinə nə ehtiyac var. Əlavə edir ki, üstəlik, özəlliklə, bölgələrdə inşa olunan bu komplekslərin bəzilərinin qapısı qıfıllı qalıb. Onun sözlərinə görə Beynəlxalq Bankın cinayət işindən bəlli olur ki, hətta olimpiya komplekslərini girov qoyub, kredit götürənlər də olub:

"Beynəlxalq Bankla bağlı məhkəmə işindən ictimaiyyətə bəlli oldu ki, olimpiya kompleksini girov qoymaq müqabilində kredit götürülməsi halları da olub. Biz belə nümunələrə də şahid olmuşuq. Məsələ o qədər qarışıqdır ki, konkret olaraq bu komplekslərin hansı mənsəbə qulluq elədiyini bilmək olmur. 3 kompleksdən başqa qalanları bölgələrdədir. Ödənişli olduğundan əhali bundan istifadə edə bilmir".

MƏMUR OLİQARXLARIN VƏ İŞADAMLARININ TİKDİRDİYİ KOMPLEKSLƏR...

Əslində dövlət mülkiyyətində olan belə komplekslərin bankda girov qoyulub kredit götürülməsi real görünmür.

Bununla belə, 2012-ci ildə AzadlıqRadiosunun araşdırması üzə çıxarmışdı ki, Olimpiya İdman Komplekslərinin heç də hamısını dövlət inşa etməyib. Bəzilərini müxtəlif oliqarx məmurlara məxsus şirkətlər və iş adamları inşa etdirib.

Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus ZQAN holding Qubada, keçmiş Beynəlxalq Bank sədri Cahangir Hacıyevə yaxın General Construction Şəkidə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olduğu vaxtda Azpetrol Masallı, Lənkəran, Bərdə, Maştağada idman komplekslərini tikdirib. Nurgun Motors isə Salyandakı kompleksi tikib.

DÖVLƏT PULUNA TİKİLİB, ÖZƏL QİYMƏTLƏRLƏ XİDMƏT GÖSTƏRƏN KOMPLEKSLƏR...

Amma bunlar bölgələri bürüyən onlarla idman komplekslərindən yalnız bir neçəsidir. Ölkə boyunca belə idman obyektlərinin əksəriyyəti dövlət hesabına inşa olunub.

Biz dövlət büdcəsinə 10 milyon manata başa gələn Bakıdakı Şağan Olimpiya Kompleksindən istifadənin qiymətləri ilə də maraqlandıq. Burada üzgüçülük hovuzu uşaqlar üçün ayda 8 dəfəsi 30 manat, 12 dəfəsi 40 manatdır. Böyüklər üçün 10 manat daha bahadır. Kompleksdən bildirdilər ki, digər idman növləri ilə məşqçi müəllimlərlə danışıb, qiymətdə razılaşmaq lazım gəlir.

Bu qiymət Bakıdakı digər özəl idman zallarından elə də fərqlənmir.

İLHAM ƏLİYEV: "MƏQSƏD İDMAN İNFRASTRUKTURU YARATMAQDIR".

2017-ci ilin noyabrında prezident İlham Əliyev Abşeron Olimpiya Kompleksinin açılışında deyib ki, Azərbaycanda idman infrastrukturunun yaradılması siyasəti uğurla icra edilir. Olimpiya idman komplekslərinin tikintisi də bu siyasətin əsaslarındandır. Gələcəkdə də belə komplekslərin açılışı davam edəcək:

"Həm də rayon sakinləri, uşaqlar, yeniyetmələr, həm də idmançılar bu komplekslərdən istifadə edə biləcəklər. Beləliklə də bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində önəmli addımlar atılır".

OLİMPİYA KOMPLEKSİNİN İNŞASI ƏSASLI DÖVLƏT LAYİHƏSİDİRMİ?

Müxalif Real Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, olimpiya idman komplekslərinin tikintisi idmanın inkişafından daha çox büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir. Beyləqandakı Olimpiya Kompleksinin tikintisinə 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 16.5 milyon manat ayrılıb. Natiq Cəfərli bildirir ki, dövlət əsaslı vəsaitlər əlavə gəlir gətirə bilən sahələrə yatırılmalıdır:

2012-Cİ İLƏ QƏDƏR 200 MİLYON MANAT...

Gənclər və İdman Nazirliyinin məlumatına görə 2012-ci ilə qədər idman komplekslərinə 200 milyon dollar büdcə pulu ayrılıb. Bu komplekslərin inşası xüsusilə 2007-ci ildən sonra geniş vüsət alıb.

Bu həmin illərdir ki, Azərbaycan neftin dünya bazarındakı qiymətindən böyük gəlirlər əldə edirdi. Hökumətin tənqidçiləri bu cür tikililərin əslində həm də büdcədən böyük yeyinti mənbəyi olduğunu iddia edirlər. 2015-ci ildə neftin qiyməti ucuzlaşanda isə bu tip xərclər azaldılmışdı. Lakin neft bir qədər bahalandan sonra investisiya xərcləri də artırılıb. Məsələn, 2018-ci ilin 20 milyard manatlıq büdcəsinin 5 milyardı bu sayə üçün nəzərdə tutulub.





Губернаторы России
Москва

Собянин: Благодаря модернизации театры Москвы создают уникальные декорации





Москва

СОТРУДНИКИ СОБР «СТОЛИЦА» СТАЛИ ИНСТРУКТОРАМИ НА СБОРАХ ПО БЕСПАРАШЮТНОМУ ДЕСАНТИРОВАНИЮ СПЕЦНАЗОВЦЕВ РОСГВАРДИИ В ВОРОНЕЖСКОЙ ОБЛАСТИ


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин: Москва подписала ряд крупных соглашений на Петербургском форуме



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Желдорреммаш

За один день работники Уссурийского ЛРЗ и их дети выполнили сменно-суточное задание по ремонту 129 паровозиков




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Спортивные тренировки и мастер-классы пройдут на летнем фестивале в Москве

Мастер-классы по созданию крафтовых украшений проходят в центре Москвы

Более 1 тыс человек стали участниками циркового шествия на выставке «Россия»


Стефанос Циципас

«Он никогда не снимается с турниров». Циципас прокомментировал травму Джоковича



Новости Крыма на Sevpoisk.ru


Новости 24 часа

Профилактический рейд по противопожарной безопасности прошел сегодня в Ленинском округе



Частные объявления в Вашем городе, в Вашем регионе и в России