Мы в Telegram
Добавить новость
103news.com
World News in Azerbaijani
Июнь
2018

Rusiya İnsan Haqları Şurasında 'ABŞ-ın yerini' tutmaq istəyir

0
Rusiya İnsan Haqları Şurasında 'ABŞ-ın yerini' tutmaq istəyir

Dünya boyunca insan haqları qrupları ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarından məyus olublar və bu qərarı tənqid ediblər.

Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Haley tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

Obama-nın daha bir qərarından geri çəkilmə

Freedom House, CARE və Human Rights First də daxil 12 insan haqları təşkilatının birgə bəyanatında deyilir ki, ABŞ-ın BMT-dəki İnsan Haqları Şurasında öz kürsüsünü tərk etməsi yalnız Çin və Rusiya kimi beynəlxalq oyunçuların mövqelərini möhkəmləndirəcək.

Bəyanatda deyilir ki, Vaşinqton Pekin və Moskvanı vaxtaşırı insan haqlarının pozulmasına, dissidentlərin həbsinə və işgəncələrə görə tənqid edir.

ABŞ habelə keçmiş Sovet respublikaları olmuş Azərbyacan, Belarus və Mərkəzi Asiyanın bir neçə ölkəsində insan haqlarının pozulmasından narahatlıq ifadə edir.

12 təşkilatın imzaladığı sənəddə deyilir ki, “ABŞ-ın bu şuradakı yerini tutacaq hər hansı bir ölkə onun diplomatik və siyasi qüdrətinə malik olmayacaq”.

Lakin ABŞ-ın BMT-dəki səfiri İnsan Haqları Şurasını “riyakar və özünə xidmət edən” qurum adlandırıb.

Səfir habelə Cenevrədə mənzillənmiş BMT təsisatını “İsrailə qarşı xroniki qərəzkarlıqda” ittiham edib.

Vaşinqton bu şura ilk dəfə 2006-cı ildə George W. Bush-un prezidentliyi dövründə yaradılanda təsisata üzv olmaqdan imtina etmişdi.

Lakin növbəti prezident Barack Obamanın prezidentliyi dövründə ABŞ şuraya üzv olmuşdu.

Beynəlxalq tənqid

Hazırda Avropa Şurasında Xarici Əlaqələr komitəsinə həmsədrlik edən veteran diplomat Carl Bildt şuranın “kamil olmadığını” etiraf etsə də deyib ki, “şuranı tərk etmək qərarı insan haqlarının müdafiəsi sahəsində hətta təşəbbüsdən də əl çəkilməsi deməkdir”.

Amnesty International təşkilatının baş katibi Salil Shetty deyib ki, bu qərar przeident Donald Trump-ın “təməl insan haqlarına hörmətsizliyini nümayiş etdirib”.

Baş katib bildirib ki, “ABŞ tarixin yanlış tərəfində qalmaq istəmirsə, bu qərarını mütləq dəyişməlidir”.

Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib ki, sözü gedən şurada Çin, Səudiyyə və Venesuela kimi insan haqları pozucularının iştirakına baxmayaraq bu qurum bütün dünya boyunca hələ də ciddi insan haqları pozuntularına qarşı mübarizə aparır.

HRW-nin baş direktoru Kenneth Roth deyib: “Prezident Trump qərara gəlib ki, “Əvvəlcə Amerika” şüarı Suriyada dinc insanların və Birmadakı etnik azlıqların iztirablarına biganəlik deməkdir”.

Lakin ABŞ qərarının ən kəskin tənqidi Rusiyanın BMT missiyasından gəlib. Təmsilçilik bildirib ki, “ABŞ bu qurumu özünün maraqlarını yürütmək üçün müti alətə çevirə bilmədiyinə görə tərk edir”.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynanın şərqində separatçı münaqişə yaratdıqdan sonra, 2016-cı ildə BMT İnsan Haqları Şurasındakı kürsüsündən məhrum edilmişdi.

Lakin Moskva iyunun 20-də elan edib ki, bu quruma üzv olmaq üçün namizədliyini irəli sürəcək.





Губернаторы России
Москва

Собянин: В Москве ведется активная замена инженерных сетей в рамках реновации





Москва

Об отношении к русским в Азербайджане


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин: Благодаря модернизации театры Москвы создают уникальные декорации



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Metallica

Apocalyptica выложили кавер на Metallica «The Call Of Ktulu» на виолончелях




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

В Москве 14-летний мальчик ранил ножом 16-летнего юношу на футбольном поле

«Локомотив» готов рассмотреть продажу Баринова, футболистом интересуются клубы Испании, Франции и Турции

В Москве прошёл спортивный праздник для росгвардейцев


WTA

Андреевой предрекли борьбу за топ-10 рейтинга WTA в текущем сезоне



Новости Крыма на Sevpoisk.ru


Симферополь

Пьяный мужчина упал с верхней полки на девочку в поезде Москва - Симферополь



Частные объявления в Вашем городе, в Вашем регионе и в России