On bir minə yaxın ahıl və əlil öz evində sosial xidmətlə təmin olunur
0
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən hazırda 10,8 min tənha ahıl və əlilliyi olan şəxs öz evində sosial xidmətlə təmin edilir.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin şəxslərdən 8,5 min nəfəri ahıl, yəni yaşı 70-dən yuxarı olanlar, qalanları isə əlillərdir