Добавить новость
103news.com
World News in Azerbaijani
Август
2018

Azərbaycanda Merkeldən sonra nə dəyişəcək?

0
Azərbaycanda Merkeldən sonra nə dəyişəcək?

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri geridə qaldı. Çoxları ehtimal edirdilər ki, o, Azərbaycana, özəlliklə, qaz danışıqları üçün gəlir. Amma Almaniya dövlətinin lideri Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşdü.

Rəsmi məlumata görə Angela Merkel avqustun 25-də Bakıda Azərbaycan prezidentiylə görüşündə qaz layihələrdən əlavə ölkədəki demokratik durumdan da danışıb.

Eləcə də, həbsdə olan blogger Mehman Hüseynov, gənc fəal İlkin Rüstəmzadənin də məsələsini qaldırıb.

Bunu AzadlıqRadiosuna Angela Merkelin vətəndaş cəmiyyəti üzvləri ilə görüşünə qatılan jurnalist Xədicə İsmayılova deyib.

Xədicə İsmayılova deyir ki, görüşdə Avropanın enerji maraqlarına görə insan haqları problemlərinin arxa planda qalmasından narahatlıqlarını da çatdırıblar:

“Azərbaycandan belə asanlıqla bu layihələr alınmamalı, dəstək göstərilməməlidir. Çünki ölkədə vətəndaş cəmiyyəti iflic vəziyyətdədir, ölkənin daxilində müstəqil media yoxdur. Belə bir şəraitdə ölkəyə böyük pulların gəlməsi istənilən halda korrupsiya riski yaradır. Biz bu qayğılarımızı xanım Merkelə çatdırdıq. O bizə dedi ki, bu məsələlər onların da diqqətindədir və onlar pozitiv dəyişikliyə çalışacaqlar”.

Politoloq Hikmət Hacızadə isə belə qısa müddətdə ciddi nəticələr gözləmir. Amma bu səfəri Azərbaycan üçün olduqca əhəmiyyətli sayır:

“Merkelin gəlişi onu göstərir ki, Azərbaycan Avropanın gündəmindədir. Azərbaycan yaddan çıxmayıb. İslahatlarla bağlı durum o qədər yaxşı olmasa da təkidlə çalışırlar ki, Azərbaycanı Avropaya çəksinlər. Demokratik bir ölkə kimi inkişafına yardım etsinlər”.

Hikmət Hacızadə bidlirir ki, enerji maraqlarından əlavə Azərbaycan həm də coğrafi vəziyyətinə görə bütün dünya üçün vacibdir. Çünki bütün yollar – Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçir.

Elə Angela Merkellə prezident İlham Əliyevin mətbuat konfransında da insan haqları ilə bağlı suallar səslənib.

İlham Əliyev Əliyev həmin suallara cavabında deyib ki, Azərbaycanda bütün insan haqları və azadlıqları qorunur. Kimsə tənqidə görə, təzyiqlə üzləşməyib:

“Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir. Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq”.

Almaniya kansleri Angela Merkel Prezident İlham Əliyevlə görüşündən sonra avqustun 25-də birgə mətbuat konfransı keçiriblər. Sahibkarlıq, enerji məsələləri ilə yanaşı, insan haqları və demokratiyanın durumunun da müzakirə edildiyi bildirilib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur.

Bəs görəsən Bakı sakinləri prezidentin bu bəyanatları ilə razıdırlarmı? AzadlıqRadiosu sorğu keçirib:

Politoloq Hikmət Hacızadə deyir ki, istənilən ölkə rəhbərinin bir başqa dövlət başçısı ilə görüşünün əsas mövzusu birinci sırada hərbi və ikinci sırada iqtisadi məsələlərlə bağlı olur. Amma indi dünyada ikitərəfli əməkdaşlığa münasibət dəyişir:

“Amma indi dünya dərk edir ki, demokratiyasız bu iki məsələni təmin etmək mümkün deyil. Demokratiya, vətəndaş nəzarəti, hökumətə parlament nəzarəti, söz azadlığı olmayan ölkə stabil ola bilməz. Onunla əməkdaşlıq risklidir”.

Məhz buna görə Hikmət Hacızadə hesab edir ki, demokratiya məsələsi dövlət başçıları səviyyəsində müzakirələrdə heç vaxt unudulmayacaq.

Hüquq müdafiəçilər Qərb dövlətləri və ABŞ-ı insan haqlarını pozan, demokratik dəyərlərin olmadığı ölkələrə təzyiqləri artırmağa çağırırlar. Azərbaycan da Avropa Şurasına üzv olarkən, bu dəyərlərin qorunacağı ilə bağlı öz üzərinə öhdəliklər götürüb. Amma zaman-zaman bu öhdəliklərə əməl etməməsinə görə Bakıya sanskiyalarlar qoyulması məsələləsi gündəmə gəlib. Hələlik Bakı məhz insan haqları pozuntusuna görə hər hansı ciddi sanksiya ilə üzləşməyib. Hakimiyyətin tənqidçiləri adətən Qərb dövlətlərini də özlərinin enerji maraqlarına görə demokratik dəyərləri güzəştə getməkdə ittiham edirlər.

Azərbaycan hökuməti isə adətən insan haqlarının pozulması haqdakı ittihamları rədd edir, ölkədə bütün azadlıqların təmin olunduğunu bəyan edir.





Губернаторы России
Москва

Сергей Собянин: Активно укрепляем отношения с Китаем





Москва

Московский аэропорт Домодедово и Всероссийское общество инвалидов заключили соглашение о сотрудничестве


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Сергей Собянин: Активно укрепляем отношения с Китаем



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Вольфганг Амадей Моцарт

«12 Шедевров Моцарта» от Amadeus Concerts




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

В Лужниках состоялась церемония открытия Всероссийской Спартакиады Специальной Олимпиады

Военно-спортивный фестиваль Росгвардии в «Лужниках» собрал более 20 000 москвичей и гостей столицы

Красногорск первым встретил участников международного супермарафона Москва-Минск


Кирилл Скачков

Скачков и Тайлакова выиграли соревнования по настольному теннису на Играх БРИКС



Новости Крыма на Sevpoisk.ru


Интернет

Портативный сканер штрих-кодов Heroje C1271 промышленного класса



Частные объявления в Вашем городе, в Вашем регионе и в России