Мы в Telegram
Добавить новость
103news.com
World News in Azerbaijani
Октябрь
2018

Azadlıqda olduğu kimi həbsxanada da imtiyazlılar var

0
Azadlıqda olduğu kimi həbsxanada da imtiyazlılar var

Azərbaycan həbsxanalarında bəzi məhbuslara yaradılan imtiyazlı şərait yenidən gündəmdədir. Mobil telefon, internetdən istifadə, televizorlu, kondisionerli ayrıca kameralar – bütün bunlar bəzi məhbuslara yaradılan imkanlar arasında sadalanır.

Dustaqların Biləcəri stansiyasında xüsusi vaqondan qaçması ilə bağlı keçirilən məhkəmə prosesində tərəflərin ifadəsindən bəlli olur ki, “Qoca” ləqəbli Etibar Məmmədov həbsdə saxlandığı vaxt sərbəst şəkildə üç mobil nömrədən istifadə edirmiş. Bir ayda 32 saat telefonla danışa bilib.

Keçmiş məhbus, jurnalist Əvəz Zeynallı da deyir ki, həbsxanada imkanı, pulu olan məhbusa hər cür şərait yaradılır. Deyir ki, o həbsdə olduğu vaxt xəstə, imkansız dustaqların zonda saxlandığına, amma pulu olan məhbusların müalicə mərkəzinə göndərilməsinin şahidi olub:

“Müdürlər, narkobaronlar, narkotacirlər yüksək qiymətlə müalicə hissələrində qalırdı. Əslində, indi tibbi hissələr ancaq varlılar, imkanlılar üçündür. Yəni həbsxanada hər şey pulladır. Salam, yaxşı münasibət pulladır. Məsələn, Kürdəxanada kiçik nəfəsliklərdən başını çıxarıb hava almaq pulladır, hamam pulladır, telefonla danışıq, görüş pulladır. Xüsusi şərait, imtiyazlı otaqlar pulladır”.

Həbsxanalara nəzarət edən Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bütün səslənən iddiaları rədd edir. O bildirir ki, bütün məhbuslar üçün eyni şərait yaradılır:

“O iddiakı kimsə pulla imtiyazlı imkan yaradılır bu tamamilə absurddur. Əvvəla məhbusda pul ola bilməz, bu qadağandır. Pulu olan məhkumlar nə desən edə bilər kimi iddiaların da heç bir əsası yoxdur. Bu cür hallara heç vaxt yol verməmişik, vermərik də. Amma bəzən mobil telefonlar qanunsuz yollarla içəri keçirilə bilir və bu cür hallar aşkararlananda hüquqi qiymət verilir”.

Mehman Sadıqov deyir ki, yalnız məhbuslar deyil, həm də ədliyyə əməkdaşlarına da qarşı hüquqi tədbirlər görülür.

Ötən il kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov azadlığa çıxma xəbəri qədər onun saxlandığı kamera da diqqət çəkmişdi. Sual yaranırdı ki, televizor, idman qurğuları, böyük pəncərəsi olan bu cür kameralarda kimlər saxlanır?

Hüquqşünas Yalçın İmanov deyir ki, qanunla məhbuslar arasında ayrıseçkiliyə yol verilməməlidir. Həm "Cəzaların İcrası Məcəlləsi", həm də "Cəzaçəkmə müəssisələrində saxlanma qaydası" bunu tələb edir. Amma o deyir ki, reallıq qanundan tamamilə fərqlidir:

“Amma mən özüm də vəkil olduğum dövrdə şahidi olmuşam ki, həbs olunmuş keçmiş məmur daha yüksək şəraitdə saxlanır. Məşiət baxımından təchizat, kamerasının ən müasir tələblərə cavab verməsi, telefon, televizor, internet. Yəni, bu cür hallar reallıqda baş verir”.

Yalçın İmanov bildirir ki, qanunvericillə məhbus cəzasının növündən asılı olaraq, ümumi rejimli və ya qapalı rejimli həbsxanada saxlanıla bilər. Digər heç bir halda məhbuslar arasında ayrıseçkilikdən söhbət gedə bilməz.

Pulu olan məhbusa imtiyazlı imkanlar yaradılır? Bəs, pulu olmayan məhbus hansı problemlərlə üzləşir? AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Zaman-zaman gündəmə maddi imkanlarına görə həbsxanada bəzi məhbuslara yaradılan imtiyazlarla yanaşı, rüşvət iddiaları da gəlir.

Penitensiar Xidmət bütün iddiaları rədd edir. Hüquqşünas Yalçın İmanovsa bildirir ki, bu cür halların qarşısını almaq üçün bütün məhbuslara bərabər imkanlar yaradılmalıdır. Əks halda belə iddiaların ardı-arası kəsilməyəcək.





Губернаторы России
Москва

Собянин рассказал о новом вольере для снежных барсов в Московском зоопарке





Москва

Концертный директор для музыкантов. Концертный директор для певцов. Концертное агентство в Москве. Букинг агентство. Организация концертов и гастролей.


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин рассказал, как электробусы помогают улучшать экологическую ситуацию



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Мелодия

В ТРЦ «Нора» «Мелодия скрипки» в исполнении Руфины Ахметшиной




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

В Москве выставили на продажу редкий Mercedes-Benz SLR McLaren за 100 млн рублей

Рок-версия гимна Белогорска прозвучала на масштабном рок-н-мобе

Футболисты ЮФУ одержали три победы в домашнем турнире


Ролан Гаррос

Российские теннисисты выступят на Олимпиаде в Париже



Новости Крыма на Sevpoisk.ru


Game News

По аниме и манге «Кайдзю № 8» выпустят PC и мобильную игру — Kaiju No. 8 THE GAME



Частные объявления в Вашем городе, в Вашем регионе и в России