Добавить новость
103news.com
World News in Azerbaijani
Октябрь
2018

‘Başımdan 6 qəlpə çıxarılıb…Haqqımı istəyirəm’

0
‘Başımdan 6 qəlpə çıxarılıb…Haqqımı istəyirəm’

Son zamanlar sosial şəbəkələrdə Qarabağ döyüşlərində yaralananların müalicəsi ilə bağlı şikayətlər çoxalıb.

1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş Umar Nəsibov deyir ki, nəinki müalicə, verilən müavinətin azlığı, işsizlik kimi bir çox problemləri var. Ömər Nəsibovun ən böyük problemi isə Qarabağ müharibəsi əlili status ala bilməməsidir. Deyir ki, o vaxt hərbi hospitaldan evə buraxılarkən, ona xəstəxanadan çıxarış vərəqəsi verməyiblər. Heç o vaxt bu sənədi almaq ağlına da gəlməyib:

“Heç olmaya əliliyimi ala bilim. Bu mənim haqqımdır. Başımdan 6 dənə qəlpə çıxarılıb. Bu mənim haqqımdır. Haqqımı istəyirəm. Artıq o gücdə də deyiləm ki, gedim kiməsə yer qazım pul qazanım. Bir iş istəyirəm, bilim ki, ailəmi dolandıra biləcəm. Ev yox, Bakıda kirayələrdə çürüyürəm. Nə vaxta kimi mən kirayədə qalacam?”

Umar Nəsibov deyir ki, 1992-ci ildə birinci kursda oxuyarkən təhsilini yarımçıq qoyub cəbhəyə gedib. 1 il 6 ay Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə olub. 1994-cü ilin yanvarında başından yaralanıb, 1 il 5 ay əsirlikdə qalıb. Qırmızı Xaçın xətti ilə əsirlərin dəyişdirilməsi zamanı onu da buraxıblar. Sərhəd Qoşunları Hospitalında başından müalicə olub.

Millət vəkili Zahid Oruc deyir ki, keçmiş hərbçinin səsləndirdiyi iddiaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qaldıracaq. Amma o əlavə edir ki, fərdi şəxslərin rastlaşdıqları problemləri ümumillikdə dövlətin hərbçilərə biganəliyi kimi təqdim etmək düzgün deyil:

“Bu cür məsələlərin üzərinə fərdilikdə getmək lazımdır. Bunu dövlət siyasəti kimi təqdim etmək, ötən illər ərzində görülən işlərin üzərindən xətt çəkmək yanlış olardı. Azərbaycanda 90 mindən artıq Qarabağ müharibəsi iştirakçısı var. Yəni, 100 minə yaxın insana məbləğ az olsa da hər ay müavinət ödənir. I və II qrup Qarabağ müharibəsi əlilləri üçün 10-larla adda müxtəlif tədbirlər reallaşdırılır”.

Zahid Oruc deyir ki, Qarabağ müharibəsi iştirakçılarının müalicəsi, reabilitasiyası ilə bağlı da hökumət ciddi işlər görür. Qanunvericilikdə onların sosial müdafiəsi üçün dəyişikliklər edilib.

Qarabağ Qaziləri Birliyinin üzvü Rey Kərimoğlu da razılaşır ki, dövlət son illər bu sahədə xeyli işlər görüb. Amma bu işlər Qarabağ veteranlarının, Qarabağ uğrunda döyüşlərdə həyatlarını itirənlərin yaxınlarının problemlərinin bütünlüklə həlli üçün kifayət etmir:

“Ən əsas məsələ bu insanlara məmurların diqqət və qayğısıdır. Məsələn, prezident deyir. Vise-prezident gedib şəhid analarının qarşısında baş əyir, amma məmurlar yerlərdə bunu icra etmir. Bu təbəqədən olan insanlara sanki düşmən kimi baxır. Biz bunu idarələrə, dövlət müəsissələrinə gedərkən hiss edirik”.

Müavinət verilib, yoxsa verilməyib?

Millət vəkili Zahid Oruc da razılaşır ki, qanunların və qərarların icrasında problemlər var. Amma Azərbaycan hökumətinin ən əsas hədəflərindən biri güclü müdafiə sisteminin olmasıdır. 2018-ci ildə 4 milyard manat ordu xərci nəzərdə tutulub. Zahid Oruc bildirir ki, bu xərclərin içində hərbçilərin sosial müdafiəsi də nəzərə alınıb:

“Ordu xərcləri, silahlı qüvvələrin ayaqda saxlanması, onun həm texniki, həm də sosial təminatına yönələn xərclər büdcə xərclərində birinci yerdədir. Təbii ki ordu ancaq texnikadan ibarət deyil, əsas məsələ insan amilidir. Ona görə də həmin vəsaitlərin çəkili bir hissəsi də hərbçilərin sosial təminatına yönəlib. Bu baxımdan Azərbaycan ordusu ən güclülər sırasındadır”.

Zahid Oruc dövlətin qayğısı kimi Qarabağ döyüşlərində həyatını itirənlərə verilən birdəfəlik müaviəti də misal çəkir. Amma elə bu müavinətin verilməsində böyük narazılıqlar var.

Narazı ailələr Bakıda keçirdikləri etiraz aksiyasında deyiblər ki, Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi onlara həlak olmuş yaxınlarına görə müavinət verməkdən imtina edir. Səbəb kimi də əvvəllər belə yardımı aldıqlarını göstərir. Amma şikayətçilər heç vaxt bu cür müaviət almaqdıqlarını deyirlər.

Bu problemi parlamentin son iclasında millət vəkilləri də gündəliyə gətiriblər. Spiker nazirliyin nümayəndələrinin parlamentə dəvət olunacağını deyib. Amma nazirliyin təmsilçiləri araşdırdıqları şikayətlərin çoxunda vətəndaşların öz yaxınlarına görə belə müaviətləri aldıqlarını deyirlər.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin fikirlərini öyrənib:

Təkcə, Qarabağ mübahirəbəsi deyil, başqa kateqoriyalardan olan vətəndaşlar da tez-tez əlillik dərəcəsinin alınmasında problemlərlə üzləşdiklərini deyirlər. Dövlət rəsmilərinin özləri də bu problemlərin mövcudluğunu qəbul edirlər. Hətta bu yaxınlarda prezident İlham Əliyev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işini daha səmərəli qurmaq üçün DOST adlı yeni agentlik fəaliyyətə başlayacaq.

Bu agentlik asan xidmət-in prinsipləri ilə fəaliyyət göstərəcək və əlilliyi, sosial yardımları təyin edəcək. Hökumət yeni agentliyin bu sahədə bütün problemləri həll edəcəyini vəd edir. Bu ilin avqustunda prezident həmin agentliyin yaradılmasına dair fərman verib, rəsmilər isə onun yaxınlarda işə başlayacağını deyirlər.





Губернаторы России
Москва

Собянин: Уровень безработицы в Москве будет снижен до 1,2 процента к 2030 году





Москва

Как выбрать лучший строительный субподряд


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Продукция компаний ОЭЗ «Технополис Москва» становится все популярнее — Собянин



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Джиган

Водонаева раскритиковала дочь Джигана




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

В Димитровграде проводят чемпионат России по парусному спорту в классе «микро»

Hisense запустила рекламную кампанию «Ставшие легендой»

Детская зона «ЯРКО» – на Летней Спартакиаде «Газпром-Медиа Холдинга»


Новак Джокович

Джокович прилетел из Лондона на игру сборной Сербии с датчанами



Новости Крыма на Sevpoisk.ru


Москва

Суд заочно арестовал бывшего топ-менеджера группы «ГАЗ» Эберхардсона



Частные объявления в Вашем городе, в Вашем регионе и в России