Добавить новость
103news.com
World News in Azerbaijani
Ноябрь
2018

Nigar Köçərli: ‘Kredit şərtlərindən dəhşətə gəlirəm’

0
Nigar Köçərli: ‘Kredit şərtlərindən dəhşətə gəlirəm’

Azərbaycan, iş qurub, biznes açmaq üçün nə qədər əlverişlidir?

Dünya Bankı oktyabrın 31-də “Doing Business” (Biznes Qurmaq) adlı hesabatını açıqlayıb. 

Sənəddə dünyanın 190 ölkəsində biznes qurmaq və mülkiyyət hüquqlarının qorunması indikatorları dəyərləndirilir. Azərbaycanın indeksi keçən ilə nəzərən 32 pillə yaxşılaşıb, O, dünyanın 190 ölkəsi arasında 25-ci yerdə qərarlaşıb.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, bu hesabat inkişaf dinamikasını göstərir, məsələn, ola bilsin ki, ABŞ həmin hesabatda ən axırıncı yerdə olsun, çünki son bir ildə biznes mühitini yaxşılaşdırmaq üçün tədbir görməyib:

“Bu reytinqin əsas məqsədi yalnız ölkə qanunvericiliyində baş verən dəyişikliklər və onların təsiridir. Nəticə etibarilə onlar göstərirlər ki, formal olaraq hər şey yaxşıdır. Əlbəttə ki, formal olaraq biz o reytinqdə artacağıq”.

Azərbaycanın 10 islahatçı ölkədən biri olmasına sahibkarlar nə deyirlər?

Hesabatda eyni zamanda elan edilib ki, Azərbaycan 10 islahatçı dövlət arasında birincidir, Türkiyə isə ikinci.

Bəs reallıqda, Azərbaycan sahibkarının günü necə keçir?

Nadir Şərbətov: Sahibkarlar üçün şərait yaradılsın. İndi deyilən şərait sözdədir.

Yerli məmurlar yuxarıdan deyəni icra etmir. Vergi idarəsi vergini qabaqcadan istəyir. Mal satılmalıdır, qazanc götürülməlidir, sonra vergi istənilməlidir.

Astarada qəbul olunan mal bir də Bakı gömrüyünə göndərilir, bu da əlavə xərcə səbəb olur axı.

Onillərlə əziyyət çəkib, yer almışam, icra hakimiyyət bir sərəncamla verdi başqasına. Ədalətli mıəhkəmə, mülkiyyət hüququnun qorunması bərqərar olmayana qədər sahibkarlığın inkişafından danışmağa dəyməz.

Bunlar Azərbaycanın regionlardan bəzi sahibkarların fikirləridir.

Bakıda “Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli isə deyir ki, son bir neçə ildə sahibkarlıq mühiti nisbətən yaxşılaşıb, amma problemlər hələ də qalır. Məsələn, o, kredit şərtlərinin çətinliyindən şikayətçidir:

“Şərtlər çox çətindir. Mən 15 ildir ki, bu sahədəyəm, indiyə qədər bir qəpik də kredit götürməmişəm. Çünki həmişə qorxurdum. Şərtlərinə baxırsan, insan dəhşətə gəlir ki, mən bu pulu necə qaytaracam... Vəziyyət axı sabit deyil... İqtisadiyyatda islahatlar var, hər şey yaxşılığa doğrudur. Amma tam sabitlik yoxdur ki, inanasan ki, sən bu krediti götürəcəksən və sənin imkanın olacaq onu qaytarmağa. Özü də söhbət tək sabitlikdən getmir, banklar hədsiz yüksək faizlə kreditlər verirlər”.

Fikirlər haçalanır

Rəsmi “Azərbaycan” qəzeti isə bugün, noyabrın 2-i sayında, «Ən islahatçı prezident, ən islahatçı dövlət» başlıqlı yazıda isə, “Doing Business” reytinqində irəliləməyi hakimiyyətin uğuru sayır.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Doing Business-in Azərbaycana verdiyi qiymət obyektivdir, ölkədə sahibkarlığa dəstək üçün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb, biznes adamlarına güzəştli kreditlər verilir, maarifləndirmə işi aparılır:

“Hazırda kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illərdə ölkədə qeyri-neft sektorunun keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına yönəlmiş genişmiqyaslı iş aparılır”.

İqtisadçı alim Qubad İbadoğlu isə deyir ki, hesabat reallığı əks etdirmir, çünki Dünya Bankının başqa institutları, məsələn, «Çoxölçülü Bağlantı İndeksi», Ümumdünya Hesabatlıq İndikatorları üzrə Azərbaycan ən aşağı yerlərdədir.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri ilə söhbət edib:

Doing Business hesabatında, Azərbaycanın qonşularından Gürcüstan 6, Ermənistan 41, Rusiya 31, İran 128-ci yerdədir.

Mövqeyini yaxşılaşdırmış digər ölkələr Əfqanıstan, Cibuti, Çin, Hindistan, Keniya və başqalarıdır.





Губернаторы России
Москва

Собянин: Москва и Пекин подписали программу сотрудничества на 2024-2026 годы





Москва

За прошедшую неделю подмосковные росгвардейцы обеспечили безопасность более 200 мероприятий


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Москва-Пекин. Собянин в Китае подписал соглашение о сотрудничестве



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Филипп Киркоров

Филипп Киркоров, Shaman, Сергей Жуков, Катя IOWA показали награды и наряды в студии "Авторадио"




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Военно-спортивный фестиваль Росгвардии в «Лужниках» собрал более 20 000 москвичей и гостей столицы

В УФСИН России по Республике Дагестан прошли лично-командные соревнования по легкой атлетике

Резидент «Инсайт Люди» Дмитрий Зубов установил мировой рекорд по чеканке мяча


WTA

Самсонова обыграла Александрову и вышла в финал турнира WTA в Хертогенбосхе



Новости Крыма на Sevpoisk.ru


Москва

Козлов: Россия и КНДР прорабатывают возможность запуска прямых рейсов



Частные объявления в Вашем городе, в Вашем регионе и в России