Мы в Telegram
Добавить новость
103news.com
World News in Azerbaijani
Декабрь
2018

'Pashinian-ın qələbəsi, əslində, Azərbaycana xeyirdi' - Hikmət Hacızadə

0
'Pashinian-ın qələbəsi, əslində, Azərbaycana xeyirdi' - Hikmət Hacızadə

Nikol Paşinian-ın “Mənimim addımım” alyansı seçkilərdə səslərin 70 faizini toplayaraq parlamentdə yerlərin çoxlunu ala bildi. Bəs, bu seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir? Ermənistanın yeni hakimiyyəti azı 20 ildir davam edən münaqişə ilə bağlı danışıqları yeni müstəviyə çıxara biləcəkmi?

Millət vəkili, politoloq Rasim Musabəyov bu sualları cavablamadan öncə diqqəti bir məqama çəkir. Onun fikrincə, Ermənistanda dəyişiklik yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin bərpasından keçir. Əks halda, onun fikrincə, nə istlahatlar mümkündür, nə də real dəyişiklik. Rasim Musabəyov düşünür ki, bu da Nikol Paşinyanın idarəetmə qabiliyyətindən aslıdır:

“O nümayiş elədi ki, küçə hərəkatını təşkil edib, onu hansısa bir qələbəyə apara bilən təcrübəli, populist liderdir. Amma o necə bir dövlət başçısı, hakimiyyət rəhbəri xüsusiyyətlərinə malikdir, bu sual açıq qalır. Bir qədər sonra onun öncə hakimiyyəti tənqid etməsi insanlarda reaksiya yaratmayacaq. Onlar konkret iş istəyəcəklər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmadan, Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanda müsbət dəyişikliklər mümkün deyil”.

Təzadlı fikirlər

Amma Rasim Musabəyov əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinian-ın təzadlı fikirləri var. Ona görə də Ermənistanın yeni hakimiyyətinin bu münaqişənin həlli ilə bağlı siyasətinin konkret nədən ibarət olduğunu demək çətindir. Rasim Musabəyov müşahidələrinə əsaslanaraq bildirir ki, Paşinian gah sülh, gah da müharibə çağırışları verir.

Azərbaycan tərəfdə olduğu kimi Ermənistanda da Paşinyanın Qarabağ münaqişəsinin həllinə yanaşması haqda təzadlı fikirlər dolaşır.

Keçmiş hakim Respublikaçılar Partiyasının nümayəndəsi David Şahnazaryan dekabrında 4-də - seçkilərdən 5 gün öncə keçirilən mətbuat konfransında Paşinyanı İlham Əliyevi tənqid etməkdən yayınmaqda və Ermənistan cəmiyyətini güzəştlərə hazırlamaqda ittiham edib. O bildirib ki, Azərbaycan sentyabrın 27-dən Qarabağda aktiv şəkildə istehkamlar qurmağa başlayıb, yeni hökumət isə bunu qulaqardına vurur.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian AzadlıqRadiosuna öncəki müsahibəsində bildirmişdi ki, Paşinyan münaqişənin həllinin tərəfdarıdır. Lakin Giragosian düşünür ki, yeni hakimiyyətin təcrübəsizliyi bu münaqişənin həllinə müsbət təsir də göstərə bilər, mənfi təsir də.

Politoloq Hikmət Hacızadə bu seçkiləri Ermənistanda demokratiya yolunda ciddi addım sayır. Düşünür ki, Ermənistanda hakimiyyət dəyişikliyinin həm də birbaşa Azərbaycana təsiri olacaq, özəlliklə də Dağlıq Qarabağ münaqişəsinin həllinə. Onun fikrincə, Paşinian-ın təzadlı çıxışlarına baxmayaraq, o münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bütün hallarda Paşinian-ın qələbəsi Azərbaycanın xeyrinədir:

“Onun bəzən aqressiv çıxışlarını, oğlunu Qarabağa hərbi xidmətə göndərməsini müşahidə edirik. Amma inqilabdan əvvəl dəfələrlə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq lazımdır. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. O vurğulayırdı ki, bütün ölkəni, bütün Ermənistanı Qarabağa qurban verə bilmərik. İndi o hakimiyyətin başındadır və publika üçün başqa şüarlar səsləndirir. Amma beynində münaqişənin sülh yolu ilə həllini düşünür. Bu da xeyir edir bizə. Qarabağda sülh olmalıdır. Yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir. Bu yaxınlarda Donald Trump-ın köməkçisi Ermənistana səfər edəndə də bildirmişdi ki, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Ona görə də onlar güzəştlərə hazırdırlar”.

Hikmət Hacızadə düşünür ki, Ermənistanın əvvəlki hakimiyyəti - Qarabağ klanı sülh danışıqlarında kompromisə getmirdi. Paşinian isə, onun fikrincə, konstruktiv mövqe tuta bilər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Nikol Paşinyan 2018-ci ilin mayında - kütləvi etiraz aksiyalarının nəticəsində hakimiyyətə gəlib. Baş nazir olandan sonra növbədənkənar parlament seçkiləri keçirməyə çalışdı. Bu istəyinə dekabrın 9-dakı nail ola bildi.





Губернаторы России
Москва

Собянин утвердил проект строительства общественно-делового центра в ЗАО





Москва

«ЯРКО» провела развлекательную программу на фестивале «Крутая песочница»


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин утвердил проект строительства общественно-делового центра в ЗАО



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Николай Цискаридзе

«Выводил на сцену»: Цискаридзе рассказал о своей помощи Волочковой




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Резидент «Инсайт Люди» Дмитрий Зубов 12 июня установил мировой рекорд по чеканке мяча в «Лахта Центре»

Баскетболисты пойдут кругами // Единая лига ВТБ пересмотрела формат проведения чемпионата

Московские школьники завоевали четыре медали на престижной Международной олимпиаде


ATP

Карен Хачанов проиграл Вукичу во втором круге турнира ATP-250 в Хертогенбосхе



Новости Крыма на Sevpoisk.ru


Українські новини

Монтаж димоходів та вентиляційних систем у Києві



Частные объявления в Вашем городе, в Вашем регионе и в России