103news.com
World News in Azerbaijani
Декабрь
2018

Heydər Əliyevin hakimiyyəti daha demokratik idi?

0
15 il öncə bu gün – dekabrın 12-də keçmiş prezident Heydər Əliyevin vəfatı xəbərləri yayıldı. Onun ölüm xəbəri yayılmasından iki ay öncə keçirilən prezident seçkilərində oğlu, hazırkı prezident İlham Əliyev qalib elan edilmişdi.


İqtidar İlham Əliyevin hakimiyyətə demokratik seçki yolu ilə gəldiyini desə də, müxalifət bunu ölkədə sülalə rejiminin qurulması kimi qiymətləndirmişdi.


Heydər Əliyevlə İlham Əliyevin idarəçilik metodları nəylə fərqlənir? İki dövlət başçısı hökumət strukturlarını hansı prinsiplərlə idarə edirlər?


Yeni Azərbaycan Partiyasının üzvü, akademik Nizami Cəfərov hər iki prezidentin dövründə müxtəlif vəzifələrdə çalışıb, onlarla görüşmək imkanı olub. 2000-ci ildən bəri həm də parlamentin üzvü olan Nizami Cəfərov düşünür ki, Heydər Əliyevin vəfatından sonra da ölkə onun qoyub getdiyi mirasla idarə olunur. Amma müəyyən fərqlər də var:


“Kəsilməz, qırılmaz bir dövlətçilik ənənəsinin yaradıcısıdır Heydər Əliyev. İlham Əliyevin fəaliyyətində bu ənənə, bu varislik qalır. Lakin İlham Əliyev daha çox modernləşdirmə, ölkənin iqtisadi imkanlarının gücləndirilməsi məsələlərinə fikir verdi. Heydər Əliyevin dövründə administrasiya, məmur sisteminin yaradılması ilk növbədə vacib şərtlərdən idi, İlham Əliyevin dövründə isə iqtisadiyyatın inkişafı, müasir dünyaya inteqrasiya üçün imkanlar yaradıldı”.


Nizami Cəfərov deyir ki, hər iki prezidentin əsas amalı həm də xalqın rifahı, sosial inkişaf olub.







Hər şey müqayisədə bilinir?


Siyasi şərhçi Şahin Hacıyev isə ötən 15 ilə nəzər salanda düşünür ki, Heydər Əliyev dövrü indikindən daha demokratik idi. Onun fikrincə, ötən 15 ildə ölkəyə gələn böyük neft pulları korrupsiya yolu ilə mənimsənilib, vətəndaş cəmiyyəti, müstəqil media susdurulub, söz-azadlığı boğulub, beynəlxalq təşkilatların çağırılışları qulaqardına vurulur:


“”Bizi heç kim, heç nəyə məcbur edə bilməz. Biz özümüz bilirik nə edirik. Bütün tənqidlərin arxasında Azərbaycanı istəməyən qüvvələr durub”kimi yanaşmalar bugünkü siyasətin əsasıdır. Heydər Əliyevin vaxtındakı hakimiyyət daha demokratik idi. Söz-azadlığı, ifadə azadlığı, ümumiyyətlə, azadlıqları götürsək cəmiyyət daha azad idi”.


Düzdür, Şahin Hacıyev bu müqayisəni iki prezidentin dövrü ilə aparır. Amma deyir, bu o demək deyildir ki, Heydər Əliyev hakimiyyəti demokratik olub. Məsələn, onu da jurnalistlərin siyasi məhbuslar haqda sualları hiddətləndirirdi, o zaman da jurnalistlər həbs edilirdi. 


Bununla belə Heydər Əliyev tez-tez jurnalistlər qarşısına çıxır, onların suallarını cavablayırdı. Amma İlham Əliyev tək-tük hallarda, o da əksərən xarici mediaya müsahibə verir. Jurnalist Cavid İsmayıl Heydər Əliyev dövrünü belə xatırlayır:


“2001-ci ildə Heydər Əliyevin baş redaktorlarla görüşündən sonra qərar qəbul olundu ki, təkcə hökumətyönlü media deyil, müstəqil, müxalif medianın da prezidenti müşayiət etməsinə icazə verilsin. O vaxt Heydər Əliyev bu təşəbbüsə isti yanaşmışdı, hətta bunu gecikmiş qərar saymışdı. Mən də o vaxtlar “Yeni Müsavat” qəzetində çalışırdım. 2002-ci ildə mən də prezidentin daimi fəaliyyətini izləyən heyətə daxil olub, səfərlərdə onu müşayiət etdim. Heydər Əliyev özü jurnalistlərə yaxın əlaqə saxlamağa meyilli siyasətçi idi. Hətta səfərlər zamanı özü jurnalistlərə yaxınlaşıb onların problemləri ilə maraqlanırdı”.


Bəs sıravi insanlar Heydər Əliyev dövrünü necə xatırlayırlar? AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin fikirlərini öyrənib:







2003-cü ildə - Heydər Əliyevdən sonra oğlunun hakimiyyətə gəlməsi ölkədə kütləvi aksiyalarla nəticələnmişdi. Aksiyalar polis və ordunun gücüylə dağıdılmışdı.




Губернаторы России
Москва

Собянин пообещал продлить скоростные диаметры Москвы в Ярославскую область





Москва

Стоит ли отдавать ребенка в частную школу?


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Сергей Собянин. Главное за день



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Игорь Бутман

#внутриджаза: Московский джазовый оркестр Игоря Бутмана и портал «Культура.РФ» запускают сериал о жизни джазового оркестра в VK Клипах




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

РПЛ. ЦСКА — «Ахмат». Прямая трансляция, смотреть онлайн

Олимпийские ценности: доступное жилье в Иваново сдадут по улучшенному стандарту

Экс-футболист "Манчестер Юнайтед": Лондон хотят сделать резиновым, как Москву


WTA

Кудерметова вышла в третий круг турнира WTA 1000 в Пекине



Новости Крыма на Sevpoisk.ru


Москва

Собянин пообещал продлить скоростные диаметры Москвы в Ярославскую область



Частные объявления в Вашем городе, в Вашем регионе и в России