Мы в Telegram
Добавить новость
103news.com
World News in Azerbaijani
Январь
2021

Dodo: Azərbaycanın haqlı olduğunu bilirəm

0

Qəbələ azarkeşlərinin sevimlisi Dodo hal-hazırda Latviyanın Liepaya klubunda çıxış edir və ötən mövsümün 18 qolla bombardiri olub. ONBİR 33 yaşlı oyunçunun Qol.az`a verdiyi müsahibəsini təqdim edir: – Dodo, səni Azərbaycandan salamlayıram.– Məndən də bütün Azərbaycana salam. – Latviyada işlərin necə gedir?– İşlərim inanılmaz dərəcədə mükəmməldir. Mövsüm ərzində əla oyunlar keçirdik, qələbələrimiz çox oldu. Mən isə […]

The post Dodo: Azərbaycanın haqlı olduğunu bilirəm appeared first on ONBİR.

Qəbələ azarkeşlərinin sevimlisi Dodo hal-hazırda Latviyanın Liepaya klubunda çıxış edir və ötən mövsümün 18 qolla bombardiri olub.

ONBİR 33 yaşlı oyunçunun Qol.az`a verdiyi müsahibəsini təqdim edir:

– Dodo, səni Azərbaycandan salamlayıram.

– Məndən də bütün Azərbaycana salam.

– Latviyada işlərin necə gedir?

– İşlərim inanılmaz dərəcədə mükəmməldir. Mövsüm ərzində əla oyunlar keçirdik, qələbələrimiz çox oldu. Mən isə çempionatı bombardir kimi başa vurdum. Azərbaycanda vəziyyət necədir?

– Burada da hər şey yaxşıdır. Ölkəmiz Vətən müharibəsində qalib gəlib, işğal olunan torpaqlarımız azad olunub. Hər halda bundan xəbərdarsan.

– Əlbəttə, bilirəm.

– Bu arada sənə də təşəkkür edirik. Müharibə zamanı erməni vəhşiliyinə biganə qalmadın. Bununla bağlı sosial şəbəkədə paylaşım edərək ölkəmizə dəstəyini göstərdin.

– Bəli, mən Azərbaycanı dəstəkləyirəm, ölkənizin haqlı olduğunu bilirəm. Ona görə də bununla bağlı paylaşım etdim. Azərbaycanı heç vaxt unutmuram.

– Ölkəmizi necə xatırlayırsan?

– Azərbaycan nailiyyətlər əldə etmək üçün gözəl bir ölkədir. Mən Azərbaycanı həyatımda pozitiv və xoşbəxt bir ölkə olaraq xatırlayacam.

– “Qəbələ” fanatları da səni unutmur.

– Mən də “Qəbələ”nin azarkeşləri və Azərbaycan üçün darıxıram

 Azərbaycanda dostların, əlaqə saxladığın insanlar var?

– İnstaqram hesabımda Azərbaycandan bəzi oyunçular və digər insanlar var. Sosial şəbəkələr vasitəsilə əlaqəmiz olur.

– “Qəbələ”nin oyunları ilə maraqlanırsan?

– Səmimi desəm, futbola baxmıram, mən hər gün futbolla yaşayıram. Beləliklə, evimdə istirahət edərkən çalışıram futbolla əlaqəsi olmayan şeylərlə məşğul olum və  beynimə istirahət verim.

– Qeyd etdiyin kimi, “Liepaya”da çıxışın uğurlu alınır. Ancaq demək olarmı “Qəbələ” karyeranın pik nöqtəsi olub?

– “Qəbələ”də Avroliqa oyunları çox həyəcanlı idi. Bəli, an yaxşı çıxışım orada oldu, Amma bu, “Liyepaya”da da təkrarlanır.

– Yenidən Azərbaycanda çıxış etmək istərdin?

– Bəli.

– Ölkəmizdən təklif almısan?

– Xeyr. Heç bir təklif gəlməyib.

– Ümumiyyətlə, başqa klubdan təkliflərin var? Hər halda ötən mövsümün bombardiri olmusan.

– Bəli, təkliflər gəlir, amma klubum getməyimə icazə vermir.

– “Liepaya” ilə müqavilən bitir?

– Klubumla sözləşməm başa çatıb. Ancaq iki illik yeni müqavilə ila bağlı razılaşmışıq.

– Azərbaycan Premyer Liqası ilə Latviya çempionatını necə müqayisə edərdin?

– Fərq ondadır ki, Azərbaycan çempionatı artıq çox yaxşı və balanslaşmışdır. Latviyada isə futbol inkişaf edir, böyüyür və Azərbaycan çempionatı kimi olacağı gözlənilir.

– Azərbaycanda çıxış etdiyin zaman heç vaxt unutmayacağın bir hadisəni qeyd edə bilərsən?

– UEFA Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyunu unutmayacağam. Həmin görüşdə qol vurmuşdum.

– Sonda “Qəbələ” fanatlarına demək istədiyin nəsə var?

– Onlara deyirəm ki, mən “Qəbələ”də olarkən əldə etdiyim nailiyyət və hazırkı mövqedə olduğuma görə təşəkkür edirəm, Hamınızı çox sevirəm. “Qəbələ” və Azərbaycanı  yenidən xoşbəxt etmək istərdim, ancaq bunun üçün fürsətim olmadı. Bununla belə, hamınızı əbədi sevəcəm.

Ramiq AĞAMƏMMƏDOV

The post Dodo: Azərbaycanın haqlı olduğunu bilirəm appeared first on ONBİR.





Губернаторы России
Москва

Собянин: Около обновленных поликлиник создано более 600 зон отдыха





Москва

Группа SAБETTA выпустила трек «Ракеты»


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин: Проект "Давай друЖИТЬ" помогает исполнять заветные мечты детей



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Николай Цискаридзе

«Я счастлив, что больной ее никто не видел» — Цискаридзе о Заворотнюк




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Источник 360.ru: птенцов придавило тренажером во дворе дома в Москве

Стали известны все участники РПЛ сезона-2024/2025

"Евро-Футбол.Ру": "Спартак" не будет подписывать камерунского форварда Абубакара


Ролан Гаррос

Главный русский теннисист заставил Париж аплодировать ему стоя. Что удалось Осьминогу Медведеву?



Новости Крыма на Sevpoisk.ru


Россия

VK Fest 2024: Музыка и Развлечения на Открытых Площадках России



Частные объявления в Вашем городе, в Вашем регионе и в России