Мы в Telegram
Добавить новость
103news.com
World News in Azerbaijani
Январь
2021

Koronavirusa yoluxan Astara sakini işini itirmək təhlükəsi ilə üzləşib

0

Astara şəhər sakini, H.Əliyev prospekti, 89 saylı evdə yaşayan Kəmalə Süleymanovanın adına ötən il dekabrın 4-də SMS gəlib. SMS-də yazılıb:

“COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitiv çıxıb. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə,... məsuliyyətə cəlb oluna bilərsiniz...”

Ailədən bildirildiyinə görə, Kəmalə Süleymanovanın həyat yoldaşı Zabir Ağayev və azyaşlı oğlu karantin qaydalarına əməl edərək nəzərdə tutulmuş müddətdə evdən bayıra çıxmayıblar. Zabir Ağayev deyir ki, həyat yoldaşı bu xəstəliyi yüngül keçirib, amma onun halı ağırlaşıb:

“Ev şəraitində özümüzü müalicə edirdik”

“Ev şəraitində özümüzü müalicə edirdik. Bir dəfə də polis gəldi. Dekabrın 10-da halım pisləşdi. Təcili yardıma zəng vurduq, gəlmədilər. Dekabrın 12-də halım daha da ağırlaşdı, nəfəs almağım çətinləşdi. Bu dəfə təcili yardım gəldi və məni Astara rayon Mərkəzi Xəstəxanasına apardılar. Süni nəfəs aparatına qoşdular. Üç gün yemək yeyə bilmədim. Sistem qoşdular, dərman qəbul edirdim.Amma təsir etmirdi. Fikirləşdim ki,axırım çatıb... ”

Zabir Ağayevin sözlərinə görə 6-7 gündən sonra özünə gəlməyə başlayıb:

“Yenidən doğuldum. Dekbarın 28-də məni evə buraxdılar. Problemim də bundan sonra başladı.”

Zabir Ağayev və həyat yoldaşı Astara Qaz İstismar Sahəsində işləyirlər. Zabir Ağayevin deməsinə görə, həmin idarədə 20 ilə yaxındır ki, qaynaqçı peşəsində çalışır:

“Mənə bildirdilər ki, 10-u və 11-i boş iş günü yaranıb”

“Mənə xəstəxanadan dekabrın 12-dən 28-nə kimi sənəd verdilər. Mən onu iş yerinə təqdim etdim. Yoldaşım da dekabrın 4-dən 16-na kimi karantində olduğu barədə işə sənəd təqdim etdi. Mənə bildirdilər ki, dekabr ayının 10-u və 11-i boş iş günü yaranıb. Sənəd təqdim olunmasa işdən azad olunacaqsan. Bizim Lənkəranda Regional Qaz İstismar idarəmiz var. İdarə həmin iki gün üçün sənəd istəyir.”

“Hamı bunu təsdiq edir,lakin heç kim bu bardə rəsmi sənəd vermir ki,...”

Z.Ağayevin sözlərinə görə, daha sonra xəstəxanaya üz tutub:

“Orada dedilər ki, SMS kimin adına gəlib ona sənəd veririk. Ailə üzvlərinə sənəd düşmür, çünki bu bardə heç yerdə qeydiyyat yoxdur. Astara Şəhər Ərazi Dairəsi üzrə nümayəndəlikdən ailə tərkibi haqqında arayış almışam.İş yerində deyirlər ki,bu əsas deyil. Polisdə, təcili yardımda olmuşam. Heç kim yaxın durmur. Mən indi də çətin nəfəs alıram. Hərə bir söz deyir. Faktiki olaraq evim karantinə alınıb. Hamı bunu təsdiq edir, lakin heç kim bu bardə rəsmi sənəd vermir ki,iş yerimə təqdim edim.”

Onun deməsinə görə yenidən sənədləri toplayıb Lənkəran Regionla Qaz İstismar İdarəsinə göndərib:

“Yağışdan çıxıb yağmura düşmüşəm.”

“Ölkə prezidentinə də müraciət etmək fikrindəyəm. Xəstəhal bir adamı çörəksiz qoyarlarmı? Yağışdan çıxıb yağmura düşmüşəm.”

Rəsmilərin dedikləri...

Astara Qaz İstismarı Sahəsinin rəisi Füzulu Məmmədov isə Zabir Ağayevlə bağlı sənədləri Lənkəran Regional Qaz İstismarı İdarəsinə göndərdiyini deyir:

“Orada dolaşıq bir iş varsa qeydiyyatda olduğu poliklinka həll etməlidir. Xəbərimiz var, ailəsi koronavirusdan karantina alınmışdı, özü xəstəxanada müalicə olunub. Müraciət etsin, görək orada nə çatmır.”

Lənkəran Regional Qaz İstismarı İdarəsiilə isə, hələlik, danışmaq mümkün olmayıb.

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayev isə bildirir ki, Zabir Ağayevə lazimi sənədlər verilib:

“O xəstəxanada yatıb, bu barədə ona sənəd verilib. Yoldaşının adına SMS gəlib, ona da sənəd vermişik.”

Koronavirusla bağlı Azərbaycanda 2020-ci il martın 24-dən karantindir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyədək ümumilikdə 228 min 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3064 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.





Губернаторы России
Москва

Собянин рассказал о волонтерском движении Москвы





Москва

"СВЯТОЙ ЛЕНИН: сенсация о прогнозах направит Америку и Европу творить добро?!


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин рассказал о развитии столичного района Мнёвниковская пойма



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Игорь Бутман

Саксофонист Бутман нашел плюсы в отмене русской культуры за рубежом




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

4 спортивных фестиваля Москвы, которые нельзя пропустить этим летом

Альбина Мухаметзянова на ПМЭФ объявила о выходе сериала «Команда МАТЧ» в Казахстане

12 июня в Оренбуржье пройдут мероприятия, посвященные Дню России


Даниил Медведев

Тарпищев о Медведеве и Рублеве: без травм сыграют в Париже лучше, чем в Токио



Новости Крыма на Sevpoisk.ru


Москва

Парадоксы двойного стандарта



Частные объявления в Вашем городе, в Вашем регионе и в России