103news.com
World News in Azerbaijani
Сентябрь
2021

“Avropanın top-komandalarında oynayan ilk azərbaycanlı olmaq istərdim”

0

Karyerasını Polşada davam etdirən Mahir Emreli Piłka Nozna nəşrinə müsahibə verib.

ONBİR həmin müsahibəni qol.az saytına istinadən təqdim edir:

– Polşanı bəyənirsən?

– Klub ən yüksək səviyyədədir. Yüksək səviyyəli təlim-məşq bazamız var, Avropa Liqasının qrup mərhələsində oynayırıq, heç bir şeydən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram, bu, normaldır. Ölkəni bu qədər uzun müddət tərk etdiyim ilk dəfədir. Ancaq Varşavaya uyğunlaşma prosesi artıq geridə qalıb, özümü evdəki kimi hiss edirəm.

– Küçələrdə və matçlarda azarkeşlərin sənin adını yazılı formalarını geyindiyini  gördüm.

– Doğurdan? Buna fikir verməmişəm (gülür). Təbii ki, zarafat edirəm.  Mən də bunu gördüm, amma həmin insanları tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım cəmi bir dəfə burada olub, amma hazırda Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq, anam da matçlara gələcək.

– Varşavada yaşayan azərbaycanlılar transferdən sonra sizinlə əlaqə saxladılar?

– Onlardan təbrik və dəstək mesajları aldım. Mən də onlarla münasibətləri gücləndirməyə çalışıram. Bir neçə dəfə ölkəmdən gələn ənənəvi yeməkləri yeyib, həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranına baş çəkmişəm.

– Hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı kimi hiss edirsinizmi?

– Bu sorğuda çox rəqabət olacağını düşünmürəm, çünki Polşa liqasında Azərbaycandan yalnız iki oyunçu oynayır – mən və Azərbaycan millisindən və liqasından tanıdığım Anton Krivotsyuk. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bəri bunu sevirəm və həmişə futbolçu olmaq istəmişəm. Populyarlığımın getdikcə artdığını başa düşürəm,  daha çox insan məni qiymətləndirir. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Hər gün matç oynaya, məşq edə və bununla yaşaya bilmək həqiqətən böyük bir şeydir. Dünyanın ən yaxşı işinə sahibəm! Bir neçə il əvvəl Azərbaycan millisinə çağırılana qədər bunu qiymətləndirmədim. 19 yaşım var idi və məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki ilk matçlardan əvvəl məni müsahibəyə dəvət etdi. Bir az gərgin olduğumu gördü, mənə kömək etmək istədi, buna görə də stressimin səbəbini soruşdu. Təlim-məşq toplanışına ilk dəfə gəldiyim üçün əsəbi olduğumu söylədim. Baş məşqçi  o vaxt mənə bunu dedi: dünyada futbol oynamaqdan yaxşı iş yoxdur. Bu sözlər yaddaşımda qaldı, o vaxtdan bəri heç vaxt meydançaya çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli gedirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur. 

– Komandaya çox yaxşı qoşuldunuz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində vacib qollar vurdunuz. Özünüzü Legia`nın ulduzu kimi hiss edirsinizmi? 

– Bu faktları bir araya gətirdikdə, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu sizin fikrinizdir. Mənim beynimdə tamam başqa bir şey var. Mənim üçün komanda ən önəmlidir. Təbii ki, azarkeşlərin səni dəstəklədiyini, səni qiymətləndirdiyini hiss etmək çox gözəl hissdir, amma bilirəm ki, yenə də daha yaxşı ola və inkişaf edə bilərəm. Özümü ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qarşıdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşünmək ölümcül olardı, qazandığım uğurlara arxalana bilərəm və ehtiyacım olan son şey budur. İnkişaf etmək, hər gün daha yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman hərəkət etməli olduğumu bilirəm.

– Polşa liqasının sizin üçün karyeranızda yalnız bir dayanacaq olduğuna dair fikirlər doğrudurmu?

– Bəli, bunu gizlətmirəm.

– Nə vaxta qədər?

– Bilmirəm, lazım olduğu qədər. Arzuladığım ambisiyalarım var. Avropanın top-komandalarında oynayan ilk azərbaycanlı olmaq istərdim. Bunun üçün hər gün çox çalışıram.

– Polşa liqası inkişaf üçün Azərbaycan liqasından daha yaxşı yerdirmi?

– Hər iki liqanı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycanda səkkiz, Polşada on səkkiz komanda oynayır. Polşa hamı bir-birinə qalib gələ bilir. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və matçları izləməyi daha da zövqləndirir. Azərbaycanda osə digər komandalar üzərində dominantlıq edən və avrokubokların qrup mərhələsində müntəzəm oynayan Qarabağ kimi çox güclü klub var.





Губернаторы России
Москва

Летевший к Москве БПЛА уничтожен в Раменском городском округе — Собянин





Москва

Спортсмены Центрального округа Росгвардии заняли призовые места на всероссийских соревнованиях общества «Динамо» по самбо и боевому самбо


Губернаторы России

103news.net – это самые свежие новости из регионов и со всего мира в прямом эфире 24 часа в сутки 7 дней в неделю на всех языках мира без цензуры и предвзятости редактора. Не новости делают нас, а мы – делаем новости. Наши новости опубликованы живыми людьми в формате онлайн. Вы всегда можете добавить свои новости сиюминутно – здесь и прочитать их тут же и – сейчас в России, в Украине и в мире по темам в режиме 24/7 ежесекундно. А теперь ещё - регионы, Крым, Москва и Россия.

Moscow.media
Москва

Собянин поздравил работников дорожного хозяйства с профессиональным праздником



103news.comмеждународная интерактивная информационная сеть (ежеминутные новости с ежедневным интелектуальным архивом). Только у нас — все главные новости дня без политической цензуры. "103 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. 103news.com — облегчённая версия старейшего обозревателя новостей 123ru.net.

Мы не навязываем Вам своё видение, мы даём Вам объективный срез событий дня без цензуры и без купюр. Новости, какие они есть — онлайн (с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии).

103news.com — живые новости в прямом эфире!

В любую минуту Вы можете добавить свою новость мгновенно — здесь.

Музыкальные новости

Пианист

Пианист Альберт Сайфуллин: «Почему мне так близок Китай? Потому что я советский человек»




Спорт в России и мире

Алексей Смирнов – актер, которого, надеюсь, еще не забыли

Заключительный отборочный этап на Кубок России по гонкам дронов прошел в Москве

Спортсмены Центрального округа Росгвардии заняли призовые места на всероссийских соревнованиях общества «Динамо» по самбо и боевому самбо

Команда Центрального округа Росгвардии стала победителем столичного чемпионата по мини-футболу спортивного общества «Динамо»


Андрей Рублёв

Андрей Рублёв о медицинской драме: операция спасла от ампутации



Новости Крыма на Sevpoisk.ru


Москва

Пока в Якутии была ночь: пожар в сталинской высотке, обрушение дома и Трамп в «Макдоналдсе»



Частные объявления в Вашем городе, в Вашем регионе и в России