1017 yeni yoluxma, 16 ölüm
![1017 yeni yoluxma, 16 ölüm](https://gdb.rferl.org/023f0000-0aff-0242-1d36-08d98a7519c3_cx0_cy15_cw63_w800_h450.jpg)
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1119 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 491 min 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 min 980-i sağalıb, 6654-ü vəfat edib, aktiv xəstə sayı 12 min 513-ə düşüb .
Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11679, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 944 min 352 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.