İrlandiyanın baş məşqçisi: Seçmə mərhələdə belə nəticələr tez-tez olmur
Millimiz Dünya çempionatının seçmə mərhələsində doğma meydanda qəbul etdiyi İrlandiya yığmasına 3 cavabsız qolla məğlub olub.
ONBİR rəqib yığmanın baş məşqçisi Stephen Kenny`nin görüşdən sonra təşkil edilən mətbuat konfransındakı fikirlərini AFFA-nın rəsmi saytına istinadən təqdim edir:
“Qalib gəlmək önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir. İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə çox ağıllı oynadıq. 3-cü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə vurduq. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq”.