De Biasi: Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik
Milli komandamız Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyanın qonağı olacaq.
ONBİR yığmamızın baş məşqçisi Gianni de Biasi`nin görüşdən öncə təşkil edilən mətbuat konfransındakı sözlərini AFFA-nın rəsmi saytına istinadən təqdim edir:
“Heyətdə müəyyən dəyişikliklər olacaq. Daha hazırlıqlı olanlar oynayacaq. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır. Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.
Qeyd edək ki, bu gün saat 22:45-də start götürəcək qarşılaşmanı CBC Sport`la yanaşı, saytımız vasitəsilə də izləyə bilərsiniz.