Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və “Baku Steel Company”nin birgə tədqiqatının nəticələri tətbiq olunur
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları elmi-tədqiqat işi nəticəsində şirkətin yayma istehsalatında istifadə olunan valların innovativ metallurgiya texnologiyası əsasında daxili resurslar hesabına hazırlanarkən işçi hissəsi üçün funksional xassəli çuqun alınıb