Tolisso Bayern`i tərk edir? – İddia
Bayern München`in böyük ümidlərlə transfer etdiyi Corentin Tolisso mövsüm sonunda klubdan ayrılacaq.
ONBİR La Gazzetta dello Sport`a istinadən xəbər verir ki, müqaviləsi cari mövsümün sonuna qədər olan fransız oyunçu ilə Atletico Madrid, PSG və Inter kimi klublar maraqlanır.
2023-ə qədər müqavilələri olan Kingsley Coman və Robert Lewandowski ilə də yeni saziş razılığına gələ bilməyən Bayern München Corentin Tolisso`ya da təklifini etmiş lakin oyunçu qəbul etməmişdi.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2017-ci ildə 41,5 milyon avro qarşılığında Lyon`dan Bayern München`ə transfer olunub.