Pogba`nın cəzası bəlli oldu
0
Liverpool`la matçda birbaşa qırmızı vərəqə ilə cəzalandırılan Paul Pogba`nın cəzası müəyyənləşib.
ONBİR Premier League`nın rəsmi saytına istinadən xəbər verir ki, fransız oyunçu növbəti 3 matçda komandasına kömək edə bilməyəcək.
Manchester United`i bu ərəfədə Tottenham Hotspur, Manchester City və Watford`la matçlar gözləyir.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxdığı 12 matçda 7 məhsuldar ötürmə verib.