FİDE reytinqi: Şəhriyar Məmmədyarov mövqeyini qoruyub
0
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dünya reytinqində ilk onluqda şahmatçılarımız yer almayıb. Belə ki, təmsilçimiz Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Teymur Rəcəbov isə bir pillə geriləyərək 2763 xalla 13-cü sırada qərarlaşıb