Bu gün İranda Analar və Qadınlar Günüdür
Bu gün İranda Qadınlar və Analar günüdür. Dünyanın müxtəlif ölkələrində qadınlar günü müxtəlif tarixlərdə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunsa da İranda bu bayram yanvarın 23-də keçirilir. Hicri-Qəməri tarixi ilə 1443-cü ilin Cemadiüssani ayının 20-də Məhəmməd Peyğəmbərin əziz qızı Fatimə anadan olub