Yeni aşkarlanan yoluxma sayı 4268, 17 ölüm
Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 min 268 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 1486 nəfərin sağaldığı bildirilir.
Bu barədə yanvarın 29-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərargahdan açıqlanıb ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.
Qurumdan habelə vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 651 min 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 min 672-sı sağalıb, 8700-ü vəfat edib, aktiv xəstə sayı 19 min 969 -a yüksəlib.
Son həftələr Azərbaycanda təsdiq edilən yoluxma sayında artım var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb