Yanvarda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,2 milyon ton neft daşınıb
Cari ilin yanvarında magistral neft kəmərləri ilə 2 milyon 980,7 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 77,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 299,9 min ton neft ötürülüb