“Nike” Çelsi futbol klubuna sponsorluğunu dayandırmağı planlayır
0
“Nike” şirkəti Çelsi futbol klubu ilə 900 milyon funt sterlinqlik müqaviləni dayandırmağı planlayır.
AZƏRTAC xəbər verir ki, rusiyalı oliqarx Roman Abramoviçin aktivləri dondurulduqdan sonra Çelsi klubunun gələcəyi təhlükə altına düşüb. Buna görə Çelsi klubunun forma tədarükçüsü “Nike” 2016-cı ildə bağlanmış 900 milyon funt sterlinqlik müqaviləni ləğv edəcək