İƏT Xarici İşlər Nazirləri Şurası üzv ölkələri Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasına səy göstərməyə çağırıb
0
Martın 23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyasında “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilib