FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb
Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşündə də heç-heçə edib. Xallar bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq