Türkiyədə müalicə olunan qazilərimiz ziyarət edilib
0
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən müharibəsində yaralanmış və qardaş ölkədə müalicə alan qazilərlə görüşüb. Müşfiq Məmmədovu səfirliyin və Hərbi Attaşelik Aparatının nümayəndələri müşayiət ediblər