Şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnirə yekun vurulub
0
Lənkəran Olimpiya İdman Kompleksində şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnir başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin benç-press yarışlarında Allahşükür Gənciyev (70 kq), İslam Cəfərov (80 kq), Toğrul Əsədullazadə (90 kq) və Tural Orucov (100 kq) uğurla çıxış edərək birinci yeri tutublar