Azərbaycan millisi Kişineu aeroportunda coşqu ilə qarşılanıb
0
Azərbaycanın futbol üzrə milli komandası Moldova ilə noyabrın 16-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı artıq Kişineu şəhərinə gəlib.
AZƏRTAC xəbər verir ki, Kişineu Beynəlxalq Hava Limanında millimizi Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin fəalları, soydaşlarımız coşqu ilə qarşılayıblar