Ukraynada müharibə başlayandan bəri 619 mindən çox ukraynalı Moldova sərhədini keçib
0
Ukraynada müharibə başlayandan bəri 619 min 57 Ukrayna vətəndaşı Moldova Respublikasının ərazisinə daxil olub, 496 min 849 Ukrayna vətəndaşı çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hazırda Moldovada 78 min 728 Ukrayna vətəndaşı var