TƏBİB-in tabeliyindəki bütün doğum evlərində ödənişsiz olaraq yeni doğulanlardan topuq testi nümunələri götürülür
Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür