Diaspor fəalları: Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ürəyi doğma Vətənlə döyünür
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycana səfərləri çərçivəsində İsveç və Fransada yaşayan diaspor fəalları - Malmö Kültür Ocağının Fransada yaşayan sədri Əjdər Tağızadə, “Ərk” İnsan Haqları Təşkilatının rəhbərləri Maşallah Rəzmi və Jalə Təbrizli ilə görüşüb