Rəcəb Tayyib Ərdoğan: Qara dənizdə yeni zəngin qaz yatağı aşkar etmişik
Türkiyə aparılan kəşfiyyat işləri nəticəsində Qara Dənizdə ümumi həcmi 58 milyard kubmetr olan təbii qaz yatağı aşkarlayıb. Bununla da Türkiyənin Qara dənizdə aşkarlanan qaz ehtiyatı 710 milyard kubmetrə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində bildirib