Çeboksarıda yanğın nəticəsində 17 nəfər xəsarət alıb
Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində 17 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, yanğın binanın mənzillərindən birində baş verib. Nəticədə 17 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb. Bir yaşlı uşaq və üçaylıq körpə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb