AZAL Özbəkistanın Ürgənc şəhərinə reyslər yerinə yetirməyə başlayır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Özbəkistanın daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə - şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır