Azərbaycan və Moldova arasında təhsilin inkişaf perspektivləri müzakirə olunub
0
Elm və təhsil naziri Emin Əmrullayev Moldovanın Azərbaycana yeni təyin olunmuş səfiri Aleksandr Esaulenko ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub