Ötən il Oğuzda 289,9 hektarda yeni meyvə bağları salınıb
Ötən il Oğuz rayonunda meyvə və giləmeyvə bağlarından 4 min 886,6 ton məhsul tədarük olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 640,6 ton və ya 15,1 faiz artıb. Barverən bağların hər hektarından orta hesabla 17 sentner, yəni, əvvəlki ildəkindən 2 sentner çox məhsul götürülüb