İtaliyada qayığın batması nəticəsində ölən miqrantların sayı 45-ə çatıb
0
İtaliya sahillərində miqrantları daşıyan qayığın qayalara çırpılaraq batması nəticəsində həlak olanların sayı 45 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, indiyədək 80 nəfər xilas edilib, onlardan 20-si xəstəxanaya yerləşdirilib. Ümumilikdə 45 cəsəd sudan çıxarılıb, qurbanlar arasında çoxlu uşaq və qadın var. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir