“Niyə Bayram Səfərov kimi dünyadan xəbərsiz adam Şuşaya başçılıq etməlidir?!”
Xəbər verdiyimiz kimi, ötən gün Şuşanın icra başçısı Bayram Səfərovla jurnalist arasında mübahisə yaranıb. Jurnalistlərdən biri icra başçısından sonuncu dəfə Şuşaya nə vaxt getdiyini soruşub. Bu suala qəzəblənən Səfərov jurnalistə "sənə dəxli yoxdur", - deyə cavab verib. Jurnalist isə icra başçısından hesab sormaq haqqının olduğunu söyləyib.